"İnter"in zədəli futbolçusunun son durumu

15:01 - 16 Mart 2016

3 gün sonra...

 

Xəbər verdiyimiz kimi, "İnter"in futbolçusu Fuad Bayramov zədəli durumdadır.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, Bayramov hələlik fərdi məşqlə kifayətlənir. Onun 3 gün sonra komanda ilə birgə məşqlərə davam edəcəyi gözlənilir.

 

Qeyd edək ki, "İnter"də Bayramovla birlikdə Laşa Salukvadze, Qara Qarayev və Nizami Hacıyev də zədədən əziyyət çəkir.

Xəbər xətti