Zaur Svanadze: "Ehtiyat oyunçular skamiyasında futbolçu azlığı işimizə mane olur"

15:56 - 20 Mart 2016

"Düşünürəm ki, yorğunluq onların oyununa təsir etdi"
 
Premyer Liqanın XXVI turunda "Xəzər Lənkəran” doğma azarkeşləri önündə "İnter”ə 1-0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib: 
 
"Xəzər Lənkəran”a qarşı oyunlarımız həmişə çətin olub. "Xəzər Lənkəran” var gücünü ortaya qoydu. Düşünürəm ki, vacib 3 xal qazandıq. Qarşıda 10 gün istirahətimiz var. Yaxşı istirahət edib, qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq.”
 
- İlk hissədə Abbas Hüseynovla İlkin Qırtımov cinahlarda daha yaxşı oynayırdı. Amma ikinci hissədə bunu görə bilmədik. Bunun səbəbi nə idi?
- Yorğunluq. Onlar bütün oyunboyu hərəkət edirdilər. Düşünürəm ki, yorğunluq onların oyununa təsir etdi. 
 
- Komandanız bəi epizodlarda "dişsiz” oldu. Qol epizodlarınızdan yararalana bilmədiniz. Bunun səbəbi nədir?
- Qol vurmaqda çətinlik var. Bu, bizim komadamızın problemidir. Bunun üzərində çalışırıq. Əlimizdə olan imkanlar bu qədərdir. Çatışmamazlıqları aradan qalmaq üçün çox çalışırıq. Vüqar Nadirov və Sezar Meza Kolli bir müddət futbolsuz qaldı. Bu hal onların tez yorğunluğuna gətirib çıxarır. Ehtiyat oyunçular skamiyasında futbolçu azlığı işimizə mane olur. 
 
- Gələcəkdə hücumçu problemini aradan qaldırmaq üçün nə etməyi düşünürsünüz?
- Rəhbərlik də bizə güclənmək lazım olduğunu bilir. 22 futbolçumuzdan 5-i gənc futbolçudu. Mövsümü mayor notlarla başa vursaq güclənmək barədə düşünüəcəyik. 

Xəbər xətti