Futbolçu iki həftəyə hazır olacaq
Uzun müddətdi zədəli olan millimizin sabiq üzvü Rauf Əliyev sağalır.
Sportal.az xəbər verir ki, "İnter"in formasını geyinən hücumçu gələn ayın əvvəllərində yaşıl meydanlara qayıdacaq. Rauf artıq kollektivlə məşqlərə başlayıb və özünü yaxşı hiss edir. Futbolçu təxminən iki həftə ərzində oynamağa hazır vəziyyətə gələcək.
Qeyd edək ki, Rauf Əliyev ötən ilin 12 sentyabrında baş tutan "Qəbələ" ilə oyunda zədələnmişdi.
saytlarin hazirlanmasi