"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayevin səhhətindəki problemlərə görə ötən tur "Xəzər Lənkəran"la matçı buraxdığı barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, artıq yarımmüdafiəçi tam sağalıb və martın 24-dən komanda ilə məşqlərə başlayacaq. Futbolçunun növbəti turda "Neftçi" ilə matça tam hazır olacağı gözlənilir.
Qeyd edək ki, "İnter" - "Neftçi" matçı martın 30-u keçiriləcək.