Komandada yeni həkim
Bakının "İnter" klubunun tibbi heyətinə daha bir nəfər daxil olub.
Sportal.az xəbər verir ki, Ukraynadan Roman Abramoviç adlı şəxs əsas komandanın baş həkimi vəzifəsinə təyin edilib. 37 yaşlı həkim əvvəllər Ukraynanın "Arsenal" klubunda çalışıb. O daha sonra Polşanın biatlon üzrə milli komandasının həkimi olub.
Qeyd edək ki, yeni rəhbərliyin gəlişindən sonra klubda çoxlu sayda kadr dəyişiklikləri baş verib. Komandanın digər həkimi Roman Abramoviçdən 3 yaş böyük olan Şahin Məmmədovdu.
saytlarin hazirlanmasi