"Nika Kvekveskiri bizim aparıcı futbolçularımızadan biridir"
Martın 29-da beynəlxalq yoldaşlıq görüşləri keçirilməsinə baxmayaraq, PFL 1 gün sonra çempionatın 27-ci turunun oyunlarını salıb. "İnter"in son dövrlərdə formada olan futbolçusu Nika Kvekveskirinin şərəfini qoruduğu Gürcüstan millisi martın 29-da Qazaxıstanla qarşılaşacaq və buna görə də, yarımmüdafiəçi 1 gün sonra "Neftçi" ilə baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcək.
"İnter"in baş məqşçisi Zaur Svanadze bu məsələ haqda öz fikrilərini Sportal.az-a açıqlamasında bildirib:
“Nika Kvekveskiri bizim aparıcı futbolçularımızadan biridir. Lakin Kvekveskiri Gürcüstan millisinə dəvət aldığı üçün “Neftçi”yə qarşı oynaya bilməyəcək. O olmasa belə, çalışacağıq ki, qələbə qazanaq. Onun yoxluğu bizim oyunumuza təsir edəcək.
Onu da deyim ki, Nika mövsümün əvvəlində zədəli idi. Amma biz həmin oyunlarda qələbələr qazanmışdıq”.
saytlarin hazirlanmasi