Bütün anbar otaqlarının inventarizasiyası aparılıb, tam nəzarət həyata keçirilməsi üçün həmin otaqlar birləşdirilib.
Mühafizə xidməti tam dəyişdirilib və dövlət obyektinin yüksək səviyyəli mühafizəsini təmin etmək məqsədilə daxili resursların yerinə həmin xərclər müqabilində peşəkar şirkət dəvət olunub.
İdman geyim dəsti JOMA markasına dəyişdirilib və güclü nəzarət sisteminin yaradılması geyim dəstinə yönəldilən xərcləri 3 dəfə ixtisar etməyə imkan verib.
AZERCELL ilə tərəfdaşlıq müqaviləsi imzalanıb ki, bu da telefon xərclərini praktiki olaraq minimuma endirib.
UEFA-dan göndərilən vəsait hesabına akademiyanın yetirmələri üçün (250 uşaq) toplar, oyun və məşq idman formaları alınıb.
Cüdo zalı icarəyə verilib ki, bu da ona çəkilən kommunal xərclərini tam kompensasiya etməyə imkan yaradıb.
Borclarımız olan bütün kontr-agentlərlə (təqribən 10) üzləşmə aktları və altı ay və ya hətta bir il möhlətinə ödəmək barədə yenidən razılaşmalar imzalanıb. Bu agentlərdən dördünə isə olan borclar tam bağlanıb.
UEFA və FİFA-ya olan borclar (sanksiya cərimələri) tam ödənilib.
Şəxsi heyətə olan borclar qismən ödənilib, işdən azad olunan şəxslərə olan borclar da kompensasiya və yekun hesablaşmalar qismində tam bağlanıb. Sosial ödəmələr üzrə borclar artıq yoxdur.
Təmir üzrə:
Soyunub-geyinmə otaqları və stadion arasında tunel təmir olunub və tam videonəzarət altına alınıb.
VİP, qonaq, AFFA və PFL nümayəndələri üçün otaqlar təmir olunub.
Əsas komanda üçün yeməkxana səhmana salınıb, həmçinin idman formalarına nömrələrin yazılması və yapışdırılması otağının, o cümlədən anbarın təmiri həyata keçirilib.
Bazada dam örtüyü dəyişdirilib, onun 1-ci mərtəbəsi tam təmir olunub, hazırda 2-ci mərtəbənin bərpası həyata keçirilir.
Elektrik işığının və suyun optimallaşdırılması və yenidən paylanması sayəsində kommunal xərclərə 20-25 faiz qənaət etmək mümkün olub.
Səsləndirmə, yanğından mühafizə və videonəzarət sisteminin bərpası və optimallaşdırılması üzrə işlərə başlanılıb.
Uşaq akademiyası üçün otaqların və meydançaların yenidən qurulması məqsədilə müvafiq şirkətlə tərəfdaşlıq müqaviləsi imzalanıb. İşlər artıq aparılır.
Daxili resurslar hesabına klubun yeni saytı yaradılıb və saytın yüksək səviyyədə təqdimat mərasimi keçirilib.
Klubun sosial şəbəkələrdəki rəsmi səhifələrinin fəallığı artırılıb və “İnter”ə maraq göstərən azarkeşlərin sayında real artım müşahidə olunur ki, bu da gələcəkdə stadiona gələnlərin sayına müsbət təsir göstərəcək.
Klubun əməkdaşları və işçiləri üçün korporativ davranış qaydaları hazırlanıb və təsdiq edilib.
Qış mövsümündə həyata keçirilmiş dəqiq transferlər komandaya çempionatın turnir cədvəlində aparıcı mövqeyini qorumağa və avrokuboklar zonasında qalmağa, o cümlədən ölkə kubokunun yarımfinal mərhələsinə çıxmağa imkan verib.
Komandada işgüzar mühitin yaradılması və sıx əməkdaşlıq atmosferinin hökm sürməsi “İnter”in bundan sonra da çempionatın sonunadək yüksək səviyyədə çıxış etməsinə, o cümlədən yay mövsümündə gənc istedadlı yerli futbolçular hesabına güclənməsinə imkan verəcək.
Qonaq komandanın azarkeşlərinə stadionda ayrıca sektor ayrılıb və təhlükəsizlik tədbiləri daha da gücləndirilib.
Stadiona girişlərdə gətirilməsi qadağan olunmuş əşyaların siyahısı yazılan plakatlar asılıb.