Əzələsində 10-12 santimetr dartılma var
Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən "İnter" - "Neftçi" qarşılaşmasında zədə səbəbindən meydanı tərk edən meydan sahiblərinin kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, bu gün həkim müayinəsindən sonra məlum olub ki, yarımmüdafiəçinin əzələsində 10-12 santimetr dartılma var. Əvvəlki zədəsini yeniləyən Nizami Hacıyev xüsusi terapiya prosedurundan keçmək məqsədilə bu gün Gürcüstana yola düşüb.
Nizami Hacıyevin təqribən iki həftə meydanlardan uzaq düşəcəyi güman olunur.
saytlarin hazirlanmasi