"Fikrimcə, ədalətli nəticə oldu"
“İnter”in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 28-ci turunun "Qəbələ" ilə səfərdəki oyundan (0:0) sonra matçla bağlı fikirlərini bildirib.
Sportal.az sport7.az-a istinadən xəbər verir ki, o bunları deyib:
- Vacib iki xal qazandıq. Oyundan razı qaldım. Ancaq Kamran Ağayevin zədəsi məni məyus etdi. Onun durumun hazırda nə yerdə olduğunu bilmirik.
- 0:0 hesabına görə, sizi təbrik etmək olar?
- Fikrimcə, ədalətli nəticə oldu.
- Sizin də Azərbaycana qonşu ölkənin vətəndaşı olduğunuzu nəzərə alaraq, son günlərdə cəbhədə baş verənlərlə bağlı fikrinizi bilmək maraqlı olardı...
- Təbii ki, hadisələrdən xəbərdaram. Çox istərdim ki, vəziyyət sakitləşsin. İnanıram ki, siyasətçilər bu məsələ ilə məşğul olacaqlar. Mən siyasətdən danışmaq istəmirəm. Ancaq idmandan nə qədər istəsəz, danışa bilərik.
- Qeyd etdiniz ki, vacib xal qazandıq. Ancaq açıqlanan qərarda bəlli oldu ki, "İnter" növbəti üç mövsümün birində avrokuboklardan kənar qalacaq. Əgər kənar qalacaqsınızsa, bu, sizin üçün niyə vacib xal hesab olunur?
- Məsələ ondan ibarətdi ki, biz futbolçular qarşısında öhdəliyimizi yerinə yetirmişik. Ancaq UEFA fərqli qərar verdi. Apellyasiya şikayəti verəciyik. Buna görə avrokuboklara vəsiqə qazanmaq istəyirik ki, cəzamızı elə ilk ildə çəkək.
saytlarin hazirlanmasi