"İnter" CAS-a müraciət edəcəyini rəsmən açıqladı

16:50 - 8 Aprel 2016

Artıq bu prosesə başlanılıb
 
Məlum olduğu kimi, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi.
 
Bu qərara əsasən “İnter”PİK-ə apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ verilmişdi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub bu hüquqdan istifadə etmək qərarına gəlmiş və zəruri hüquqi prosesə başlanılmışdır. 

Xəbər xətti