Svanadze: "Belə çətin matçdan 3 xalla ayrıldığımıza görə şadam"

18:35 - 9 Aprel 2016

Zədəlilərin son durumu haqda məlumat verib
 
Premyer Liqanın 29-cu turunda "İnter" doğma meydanda AZAL-ı 1:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, "İnter"in baş məşqçisi Zaur Svanadze qarşılaşmaya belə şərh verib:
 
"Öncə şəhid olan əsgərlərə görə Azərbaycan xalqına baş sağlığı verirəm. Bu gün yaxşı oynadıq. Belə çətin matçdan 3 xalla ayrıldığımıza görə şadam".
 
Svanadze komandada zədəlilərin son durumu haqda məlumat verib:
 
"Nizami Hacıyev müalicə alır, Qara Qarayev komanda ilə məşq edir. Kamran Ağayev hələ 2 həftə müalicə alacaq. Rauf Əliyev isə formaya düşməsi üçün əvəzedici komandada meydana çıxır. Onun fiziki hazırlığı yerindədi. 2-3 turdan sonra meydana çıxacaq".

Xəbər xətti