"İnter"in baş məşqçisi: "Rauf ilk "18"likdə olacaq"

13:56 - 14 Aprel 2016

"Bizi "Kəpəz"lə çətin oyun gözləyir"

 

"Oyuna ciddi hazırlaşırıq. Bizi "Kəpəz"lə çətin oyun gözləyir. Bu komanda doğma divarlar arasında yaxşı oyun sərgiləyir. Düşünürəm ki, azarkeşlər maraqlı və gərgin idman şəraitində keçəcək mübarizənin şahidi olacaqlar".

 

Sportal.az xəbər verir ki, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 30-ci turunda "Kəpəz"lə matç öncəsi klubun saytına deyib.

 

O, komandadakı zədəli futbolçuların son durumu haqda da məlumat verib:

 

"Kamran Ağayevlə Nizami Hacıyev zədəlidirlər, Abbas Hüseynovun isə kiçik zədəsi var və onun oyuna çıxması sual altındadır. Bildiyiniz kimi, Rauf Əliyev artıq komanda ilə məşq edir və “Kəpəz”lə oyunda "ilk 18-liy"ə salınacaq. Qarşıdakı görüşü buraxacaq oyunçularımızdan biri də Sezar Meza Kollidir. Sarı vərəqə limitini dolduran paraqvaylı futbolçu Gəncəyə yollanmayacaq”.

Xəbər xətti