"Nəticəni unudub qarşıdakı oyunlar barədə düşünməliyik"
Premyer Liqanın XXX turunda "İnter” səfərdə "Kəpəz”in qonağı olub. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "CBC Sport”a açıqlama verən "İnter”in baş məşqçisi Zuar Svanadze fikirlərini bildirib:
"Doğrudan da, çox çətin qarşılaşma idi. İlk hissədə penaltidən qapımızda qol gördük. İkinci hissədə isə yaxşı hücumlar təşkil edib hesabı bərabərləşdirə bildik. Nəticəni unudub qarşıdakı oyunlar barədə düşünməliyik".
Mütəxəssis həmçinin komandasının qapısına təyin olunan epizod barədə də fikir bildirib: "Epizoda yaxın olmadığım üçün hər hansı fikir bildirə bilmərəm. Az sonra həmin epizoda baxacam. Bundan sonra epizodla bağlı dəqiq fikir bildirə bilərəm. ”
saytlarin hazirlanmasi