Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu "Kəpəz" - "İnter" matçının əlavə vaxtında oyuna daxil olub. Bununla da Əliyev 214 gündən sonra Premyer Liqada oynayıb. O, sonuncu dəfə 4-cü turun ötən ilin 15 sentyabrına təsadüf edən "Qəbələ" ilə oyununda meydana çıxmışdı. Həmin qarşılaşmada ağır zədə alan futbolçu o vaxtdan müalicə olunurdu.