"İnter"də ciddi itki: 2 həftə oynamayacaq

13:11 - 18 Aprel 2016

Qırtımov sıradan çıxdı

 

Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən "Kəpəz" - "İnter" (1:1) matçında qonaqların müdafiəçisi İlkin Qırtıımov zədələnərək meydanı tərk etməli olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, həkim müayinəsindən sonra Qırtımovda əzələ dartılması aşkar olunub. Onun iki həftə yaşıl meydanlardan uzaq düşəcəyi proqnozlaşdırılır.

Xəbər xətti