Müalicə davam edir
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən AZAL-la matçda “İnter”in hücumçusu Sezar Meza Kolli zədələnmişdi.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun zamanı əməliyyat olunmuş yerdən zədə alan və ayağı yüngül burxulan paraqvaylı futbolçu həkim nəzarətində müalicəsini davam etdirir.
Müalicə prosesinin nəzərdə tutulduğu axarda gedəcəyi təqdirdə onun bu həftə komandayla məşqə çıxacağı gözlənilir.
saytlarin hazirlanmasi