"İnter"də üç yubiley

16:16 - 18 Aprel 2016

"Kəpəz"lə matçda
 
“İnter”in futbolçuları İlkin Qırtımov və Fuad Bayramov üçün Azərbaycan Premyer Liqasının XXX turunun “Kəpəz”lə səfər matçı yubileylə əlamətdar olub.
 
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Kəpəz" - "İnter" (1:1) matçında hər iki futbolçu yubiley oyununa çıxıb. İlkin ölkə çempionatlarında 150-ci qarşılaşmasında iştirak edib. Bu matçlarda 3 qola sevinən müdafiəçi “İnter”lə (27 oyun, 1 qol) yanaşı, “Simurq”un da (123 oyun, 2 qol) formasını geyinib. Fuad üçün yubiley ikiqat xarakter daşıyıb. O, 1 qol vurduğu Premyer Liqada 50-ci oyununu keçirib. Yalnız bir klubun şərəfini qoruyan yarımmüdafiəçi həm də “İnter”in heyətində 50-ci çempionat matçında iştirak edib.

Xəbər xətti