"İnter" "Qarabağ"la matça 4 ciddi itki ilə çıxacaq

14:07 - 20 Aprel 2016

Hazırlıqlar davam edir
 
"İnter"  Premyer Liqanın 31-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir.
 
Sportal.az xəbər verir ki, "Qəbələ" ilə oyunda sıradan çıxan komandanın əsas qapıçısı Kamran Ağayev artıq məşqlərə başlayıb. Amma onun qarşıdakı oyunda iştirakı gözlənilmir. Eyni zamanda zədəli olan Nizami Hacıyev, Sezar Meza Kolli və İlkin Qırtımovun da "Qarabağ"a qarşı oynamayacağı dəqiqdir.
 
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı aprelin 22-də "Azərsun Arena"da keçiriləcək.

Xəbər xətti