"Qarabağ"la oyunu buraxacaq
"İnter" Premyer Liqanın 31-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, "Qəbələ" ilə oyunda sıradan çıxan komandanın əsas qapıçısı Kamran Ağayev artıq məşqlərə başlayıb. Amma onun "Qarabağ" oyunda iştirakı gözlənilmir. Eyni zamanda zədəli olan Nizami Hacıyev, Sezar Meza Kolli və İlkin Qırtımovun da "Qarabağ"a qarşı oynamayacağı dəqiqdir.
Bundan əlavə komandanın gənc futbolçusu Abbas Hüseynov qızdırmadan əziyyət çəkdiyi üçün 31-ci turun oyununu buraxmalı olacaq.
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı aprelin 22-də "Azərsun Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi