Bakı "İnter"i üçün vacib gün: CAS qərarını açıqlayır

11:11 - 26 Aprel 2016

CAS "İnter” ilə bağlı qərarını bu gün açıqlayır
 
Bakının "İnter” klubunun UEFA-nın məlum qərarı ilə bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə şikayət etməsi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
 
Sportal.az xəbər verir ki, CAS-ın "İnter”in şikayətinə baxacağı vaxt bəlli olub. Klubun prezidenti Rəşad Qasımovun "Xəzər TV”ə verdiyi məlumata görə, CAS "İnter” ilə bağlı qərarını bu gün açıqlayacaq. 
 
Qeyd edək ki, CAS-ın rəsmi saytında dinləmələr siyahısı və tarixləri dərc olunub. Həmin siyahıda "İnter”lə bağlı hər hansı qeyd yoxdur. 

Xəbər xətti