Rəsmi məlumat veriləcək
Məlum olduğu kimi, UEFA "İnter"i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum edib. Bu qərara əsasən, "İnter" klubuna apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ verilmişdi. "Bankirlər" bu hüquqdan istifadə etmək qərarına gəlmiş və zəruri hüquqi prosesə başlamışdı.
Sportal.az xəbər verir ki, klubun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 26.04.2016-cl il tarixdə CAS-a müraciət etmişdir. Məhkəmənin keçirilməsi barədə tarix müəyyən edildikdən sonra rəsmi məlumat veriləcək.
saytlarin hazirlanmasi