Zaur Svanadze: "Bəzi futbolçularımız üçün mövsüm bitmiş hesab olunur"

18:12 - 27 Aprel 2016

"Heyətdə dəyişiklik etmək barədə düşünmək lazımdır"

 

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"in qonağı olan"Qarabağ” 4:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:

 

"0:4 hesablı məğlubiyyəti şərh etmək çətindi. İkinci qolu buraxdıqdan sonra komanda dağınıq futbol oynadı. Bundan sonra çempionat oyunlarımız var, qarşıdakı oyunlarımız barədə düşünməliyik".
 
- Komandanın arıdıcl oyunlarda məğlub olmasına səbəb nədir?

- Dəqiq səbəblər deyə bilmirəm. Futbolçularımızda təzyiq var. Bəzi futbolçularımız üçün mövsüm bitmiş hesab olunur.  Bu günkü oyunda Sezar Meza Kolli oynamadı. Heyətdə dəyişiklik etmək barədə düşünmək lazımdır.

Xəbər xətti