"İnter" CAS-dan rəsmi cavab aldı

12:12 - 28 Aprel 2016

Zəruri sənədlər toplusu qəbul edilib
 
Xəbər verdiyimiz kimi, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum edib.
 
Sportal.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququndan yararlanan “İnter”in mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 26.04.2016-cl il tarixdə CAS-a müraciət göndərib. 
 
CAS Bakı klubunun bu məktubuna artıq cavab verib. Məktubda bildirilir ki, “İnter”in işlə bağlı zəruri sənədlər toplusu qəbul edilib və nəzərdən keçirilib. Bundan başqa, məktubda qarşı tərəfin (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirməsinin zəruri olduğu qeyd olunub. İşlə bağlı məhkəmənin keçirilməsi tarixi UEFA-nın məsələyə rəsmi mövqe bildirməsindən sonra müəyyən ediləcək.

Xəbər xətti