"Onlar öz imkanlarından yararlandılar"
Azərbaycan Kubokunun 1/2 finalının cavab qarşılaşmasında "İnter"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" adını finala yazdırıb.
Sportal.az xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:
"Yaxşı oynadıq. İkinci hissədə çox qol vəziyyətləri yaratdıq. Özlərini göstərmək üçün gənc futbolçulara şans vermişdik. Düşünürəm ki, onlar öz imkanlarından yararlandırlar.”
- Mirhüseyn Seyidovun oyununda eniş hiss etmirsiniz?
- Mirhüseyn üçün çox çətindi. Zədədən qayıdıb. Onun belə oynamasını karyerasında eniş kimi dəyərləndirmirəm.
- Finala vəsiqə qazanmadığınız üçün üzülürsünüzmü?
- Əgər rəqibimiz "Qarabağ” olmasaydı şansımız var idi. Əlbəttə, finala vəsiqə qazanmadığımız üçün çox üzülürəm. "Qarabağ”ın yaxşı heyəti var. Dediyim kimi bu gün gənc futbolçulara şans vermişdim. Düşünürəm ki, onlar bu gün şanslarından yaxşı yararlandılar.