Zaur Svanadze: "Çempionatı layiqli başa vurmağa çalışacağıq"

20:39 - 7 May 2016

"Bu gün yaxşı oynadıq"
 
Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində baş tutan "Rəvan"-"İnter" (0-4) oyunundan sonra keçirilən mətbuat konfransında Zaur Svanadze qarşılaşma barədə fikirlərini bölüşüb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Svanadze bunları bildirib:
 
"Bu gün yaxşı oynadıq. Oyun, demək olar, "İnter"in üstünlüyü şəraitində keçdi. Xüsusilə də gənc futbolçular məni sevindirdilər. Onlar bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Bundan sonra qarşıdakı oyunlara hazırlaşmağa başlayacağıq. Çempionatı layiqli başa vurmağa çalışacağıq".

Xəbər xətti