Zaur Svanadze: "Mükafatlar uğrunda mübarizə aparırıq"

19:46 - 11 May 2016

"Bundan məlumatımız yoxdur"

 

Azərbaycan Premyer Liqasının XXXIV turunda "İnter” öz meydanında "Xəzər Lənkəran”ı qəbul edib.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşma paytaxt klubunun 2-1 hesablı qələbəsi ilə başa çatıb. Oyunsonrası mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Savanadze fikirlərini bildirib:
 
"İlk hissədə yaxşı oynadıq. Hətta iki qol vurduq. İkinci hissədə komandada boşalma hiss olundu. Düşünürəm ki, futbolçular yorğundu. Amma ikinci hissədəki oyunun səbəblərini araşdıracağıq”.
 
- "İnter”in autsayder komanda qarşısında gücsüz olmasının səbəbi nədir?
- Futbolçuların yorğunluğunu kubokdakı oyunla əlaqələndirərdim.
 
- Oyunun gedişində zədələnən İlkin Qırtımovun durumu necədir?
- Hələ ki, bundan məlumatımız yoxdur. 
 
- Rəhbərlik qarşısınıza çempionat hansı pillədə başa vurmaq tapşırığı qoyub?
- Əlbəttə, mükafatlar uğrunda mübarizə aparırıq. Rəhbərlik qarşımıza bacardığımız qədər irəliləmək məqsədi qoyub.

Xəbər xətti