İlkin Qırtımovun durumuna aydınlıq gəldi

11:38 - 12 May 2016

Bu gün evə buraxılacaq
 
Məlum olduğu kimi, mayın 11-də keçirilən “İnter”-"Xəzər-Lənkəran" (2:1) matçında “İnter”in müdafiəçisi İlkin Qrıtımov ciddi zədə almışdı.
 
Sportal.az xəbər verir ki, həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilmişdir. Ötən günü xəstəxanada keçirən İlkin Qırtımovun bu gün evə buraxılacağı və müalicəsini ambulator şəraitdə davam etdirəcəyi gözlənilir.

Xəbər xətti