"İnter"də ciddi itkilər

15:47 - 12 May 2016

Cəzalı duruma düşüblər
 
Premyer Liqanın 34-cü turunda "Neftçi"nin qonağı olacaq "İnter" bu matça iki ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, komandanın qolkiperi Giorgi Lomaya və hücumçusu Yuri Fomenko bu qarşılaşmanı buraxmalı olacaq. Belə ki, dünən "Xəzər Lənkəran"la oyunda sarı vərəqə ilə cəzalanan futbolçular cəzalı duruma düşüb.

Qeyd edək ki, "Neftçi" - "İnter" matçı mayın 15-i keçiriləcək.

Xəbər xətti