Zaur Svanadze: "Bəzi futbolçuların gedəcəyi dəqiqdi"

19:19 - 20 May 2016

"Avroliqada mübarizə aparmağa hazırıq"
 
Azərbaycan Premyer Liqasının 36-cı turunda evdə "Zirə"ni minimal hesabla məğlub edən "İnter"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, gürcü mütəxəssis bunları deyib:
 
- Mövsümün sonundan razıyam. Uşaqların oyunundan razı qaldım. Düzdü, bəzi oyunlar var idi ki, daha yaxşı nəticə göstərə bilərdik. Yekunda tutduğumuz 4-cü yer məni razı salır.
 
- Bundan öncə demişdiz ki, heyəti gəncləşdirmək istəyirəm. Demişdiz ki, mövsümün sonunda konkret kimlərin komandadan ayrılacağını deyəcəksiz...
- Bu gün konkret ad çəkə bilmərəm ki, kimlər komandadan gedəcək. Ancaq bəzi futbolçuların gedəcəyi dəqiqdi. Komandanın gəncləşdirilməsilə bağlı fikrimdə qalıram.
 
- Növbəti mövsüm üçün rəhbərlik tərəfindən transferlərə büdcə ayrılıb?
- Büdcə barədə konkret fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq ümumi fikir var ki, növbəti mövsüm komanda gücləndirilməlidi.
 
- CAS-dan müsbət qərar gələcəyinə ümid edirsiz?
- Bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq müsbət qərar verilsə, Avroliqada mübarizə aparmağa hazırıq.

Xəbər xətti