"Rəvan"ın futbolçusunu heyətinə qatıb
Bakının "İnter” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "bankirlər” son mövsümü "Rəvan"da keçirən Məmməd Quliyevi transfer edib. Ötən mövsüm "sarı-qırmızı"ların heyətində 25 oyuna 1 qol vurmuş Quliyevlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "İnter” bunadək Ağabala Ramazanov, Tərlan Quliyev, Pərdis Fərcad Azad, Slavik Alxasov və Səlahət Ağayevlə güclənmişdi.