"Səbail"in baş məşqçisi AZAL-a söz atdı: "Onların divizion klublarından heç bir fərqi yoxdu"

00:00 - 4 Dekabr 2016

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qarabağ" və "Səbail" komandaları üz-üzə gəlib. "Azərsun Arena"da baş tutan oyun "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Bayıl təmsilçisinin baş məşqçisi Elman Sultanov fikirlərini bildirib:  
 
O, "Qarabağ"ın güclü komanda olduğunu vurğulayıb: "Rəqibi təbrik edirəm. Yeni komandayıq. Bu, bizim üçün yeni yoldu. "Qarabağ" ölkə futbolunda liderdi. Bu gün "Qarabağ" Azərbaycanda ən güclüdü. 0:5 hesabı ilə məğlub olmağımıza baxmayaraq, yolumuza davam edirik.
 
Sultanov bildirib ki, Premyer Liqa klubları ilə I divizion klubları arasında fərq var: "Premyer Liqa ilə birinci divizion arasında böyük fərq var. Amma bu, hamıya şamil edilmir. Məsələn, AZAL divizion klubu ilə fərqlənmir. Amma "Zaqatala", "Turan Tovuz" güclüdü. Belə komandaların da "Qarabağ"la başabaş mübarizə aparması mümkün deyil. Hesabın böyük olacağını gözləmirdim". (Futbol11.az)

 

Xəbər xətti