AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İnter” - “Qaradağ Lökbatan” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final mərhələsinin AZAL - “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Zahid Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalanıb, klub 640 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” - “Zaqatala” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ”a xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 3-cü turunun təxirə salınmış oyunu olan “Qəbələ” - “Sumqayıt” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
Oyunun 82-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
saytlarin hazirlanmasi