AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” - AZAL matçında “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” - “Neftçi” matçının 30-cu dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.
saytlarin hazirlanmasi