Zaur Svanadze: "Oyundan razı qaldım"

00:53 - 20 Yanvar 2017

"Birinci hissədə 2 mərkəz müdafiəçisi ilə oynadıq, buna görə də oyun istədiyimiz axarda getmədi. İkinci hissəyə 3 mərkəz müdafiəçisilə başladıq. Dünən oynamayan və ötən yoxlama matçlarında az oynayan bütün futbolçalara imkan yaratdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Bakının "İnter" klubunun baş məşqçisi Zaur Svanadze Tacikistanın "İstiqlol" klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

Gürcü mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

 

“İstiqlol” komandasıyla oyunda iki qol vurduq və bir çox qol vəziyyətləri də oldu. "Bəzi gənc futbolçular yaxşı oynadılar. Oyundan razı qaldım. Yanvar ayının 21-də Rusiyanın “Orenburq” komandasına qarşı oynayacağıq. Ayın 23-də Azərbaycana qayıdıb çempionata hazırlığı Bakıda keçirəcəyik” 

Xəbər xətti