“İnter” Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçını keçirəcək.
Sportal.az xəbər verir ki, “bankirlər” Rusiyanın Premyer Liqa klublarından “Orenburq”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Antalyada indiyə qədər 3 yoxlama oyununu keçirən “İnter” Qazaxıstanın “Ordabası” (0:0) və Rumıniyanın “Botoşani” (1:1) klubu ilə bərabərə qalıb, Tacikistan təmsilçisi “İstiqlol”u (2:1) məğlub edib.
Yoxlama oyunu
21 yanvar
18:00 İnter - Orenburq (Rusiya)
saytlarin hazirlanmasi