Azərbaycan Premyer Liqasının XV turunda “İnter” “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:
- Bu gün çox yaxşı oynadıq. Hava şəraiti pis olsa da, futbolçular mübarizə apardılar. Çətinliklərə baxmayaraq, yaxşı oynamağa çalışırıq, əlimizi-qolumuzu aşağı salmırıq. Futbolçular bu qələbə ilə yaxınlarda olan doğum günümü təbrik etdilər.
- Bu gün “İnter” 3 xal qazandı, dünən isə sponsorsuz qaldı. Sevinirsiniz, yoxsa ikinci duruma görə gərginsiniz?
- Bizim işimiz meydana çıxmaq, məşq etmək və oynamaqdı. Sponsorlar belə qərar qəbul ediblərsə, biz qarışa bilmərik.
- Belə vəziyyətdə komandanı toparlamaq çətin deyil?
- Xeyr. Biz yaxşı komanda olduğumuzu göstərməliyik. Yəqin ki, yeni sponsorun adı yaxın günlərdə bəlli olacaq.
- Bu günkü oyunda Ruslan Abışovla Ağabala Ramazanovun yeri görünmədi...
- Ruslan və Ağabala yaxşı futbolçular idi. Biz çalışmalıyıq əlimizdə olan futbolçularla mübarizə aparaq. Ümid edirəm ki, onların yerini hiss etdirməyəcəyik. (Futbol11.az)
saytlarin hazirlanmasi