Azərbaycan Premyer Liqasının XVII turunda öz meydanında "Neftçi"ni qəbul edəcək "İnter" in heyətində ciddi itki var.
Sportal.az xəbər verir ki, komandanın əsas müdafiəçisi Zurab Xizanişvilinin "Neftçi" ilə oyunda iştirakı sual altındadı. Gürcüstanlı futbolçu oyunöncəsi məşqlərin birində zədə alıb. Onun oynayıb-oynamayacağı yaxın saatlarda bəlli olacaq. Zurabdan başqa, Elnur Abdullayev də "ağ-qaralar"la oyunda sarı vərəqə limitini doldurduğu üçün iştirak etməyəcək.
Qeyd edək ki, "İnter" - "Neftçi" oyunu saat 17:30-da başlayacaq.
saytlarin hazirlanmasi