Zaur Svanadze: "Peşəkar futbolçu meydana çıxan zaman hər şeyi unudur" MÜSAHİBƏ

19:59 - 9 Fevral 2017

“Kompleks şəkildə yaxşı oynamadıq. Xüsusilə müdafiə xəttində çox pis çıxış etdik. Ümid edirəm ki, növbəti oyunlarda bu vəziyyəti düzəldərik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
 
Azərbaycan Premyer Liqasının XVII turunda öz meydanında “Neftçi” ilə qarşılaşan “bankirlər” 1:3 hesablı məğlubiyyətə üzülüblər.
 
Matçdan sonra gürcü mütəxəssis fikirlərini bölüşüb: “Neftçi”yə qarşı kompleks yaranıb deyəsən. Çempionatda son iki məğlubiyyəti bu komadaya qarşı oyunlarda almışıq. Hesab 1:2 olduğu zaman yaxşı şanslarımız var idi. Ancaq dəyərləndirə bilmədik. Bu, futboldu. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
 
- Elnur Abdullayevə şans verə bilərsiz?
- Ruslan Abışovun getməsindən sonra dayaq yarımmüdafiəçimiz yoxdu. Buna görə, Skarlatakeni irəli çəkmişdik.
 
- Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra komandada ruh düşkünlüyü yaranmayıb ki?
- Xeyr, belə deməzdim. Sadəcə, komandada “Neftçi”yə qarşı sindrom yaranıb. Peşəkar futbolçu meydana çıxan zaman hər şeyi unudur, yalnız oyuna köklənir.
 
- Bukmeker kontorlarında oyundan öncə “Neftçi”nin qələbəsinə daha çox pul qoyulub. Futbolçularınızın bu oyunu vermək ehtimalı nə dərəcədədi? 
- Xeyr, mənim komandam belə şeylərə əl atmır.

Xəbər xətti