Azərbaycan Premyer Liqasının XVIII turunda “İnter” səfərdə AZAL-ı 1 - 0 hesabıyla məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:
- Oyun bizim üçün çox vacib idi. “Neftçi”yə məğlubiyyətdən sonra komanda özünü toparlamışdı. Qələbə qazanmaq üçün çox çalışdıq və qolumuzu vura bildik. Bundan sonra növbəti oyunlarımıza hazırlaşacağıq.
- Millimizin baş məşqçisi Robert Prosineçki ilə görüşmək imkanınız olsa, ona komandanızın kapitanı Nizami Hacıyev haqda nə deyə bilərsiniz?
- Nizami belə davam etsə, milliyə yolu açılacaq. Məncə, Robert Prosineçki onu milliyə dəvət etməlidir. (Futbol11.az)
saytlarin hazirlanmasi