Zaur Svanadze: "Ədalətli nəticə elə heç-heçə idi"

17:42 - 18 Fevral 2017

Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan “İnter” – “Zirə” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

 

“Hər iki komanda yaxşı futbol sərgilədi. Oyunda daha çox mübarizənin şahidi olurduq, ona görə baxımlı oyun alınmadı. Çalışacağıq ki, “Qarabağ”la oyunda baxımlı futbol sərgiləyək.Səhvlərimizdən dərs çıxarmalıyıq”.

 

- Necə düşünürsüz, nəticə sizin üçün qənaətbəxşdi?

- Rəqib azlıqda qaldıqdan sonra müdafiəyə oturdu. Məncə, ədalətli nəticə elə heç-heçə idi. (Futbol11.az)

Xəbər xətti