"İnter" Fuad Bayramovun xidmətindən məhrum oldu

11:58 - 1 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda "Qəbələ"ni qəbul edəcək "İnter"in heyətində itki var. 

 

Sportal.az xəbər verir ki, baş məşqçi Zaur Svanadze liderlə oyunda Fuad Bayramovun xidmətindən istifadə edə bilməyəcək. Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub. Belə ki, XX turda "Qarabağ"la oyunda sarı vərəqə alan Bayramov cari mövsümdə 8-ci sarı vərəqəni alaraq ikini dəfə cəzalı duruma düşüb.

 

Maraq üçün bildirək ki, Premyer Liqada bu mövsüm ən çox sarı vərəqə alan futbolçu "Zirə"nin yarımmüdafiəçisi Vüqar Mustafayevdir. Gənc oyunçuya 10 dəfə xəbərdarlıq edilib.

 

Qeyd edək ki, "İnter" - "Qəbələ" oyunu martın 4-də baş tutacaq. 

Xəbər xətti