Zaur Svanadze: "Məcburuq ki, onları oynadaq" MÜSAHİBƏ

22:17 - 4 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda “İnter” doğma meydanında “Qəbələ”yə 0:2 hesabıyla məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

 

- Komandamız yorğun görünürdü. İlk hissədə heç nə ilə yadda qalmadıq. Qəbələ” çox yaxşı komandadı. Növbəti oyuna hazırlaşmalıyıq.

 

- Əvəzetmələrinizdən sonra üçlü müdafiəyə keçdiniz. Bundan sonran qapınızda qollar gördüz. Taktiki dəyişikliyin qolların buraxılmasında nə dərəcədə rolu oldu?
- Samir Zərgərovla Pərdis Fərcad-Azadın meydana daxil olması taktiki dəyişiklik deyildi. Pərdisin də Samirin də qol vurmaq şansı var idi. Sadəcə, müdafiədə buraxılan səhvlərə görə qapımızda qollar gördük.

 

- “İnter”in həm ikinci, həm də dördüncü pillə ilə çox böyük xal fərqi var. Bu amil oyunlara köklənməyə mənfi təsir etmir?
- Xeyr, rahatlaşmırıq. Xal fərqini o qədər də çox hesab etmirəm. Xal fərqi bizi arxayınlaşdırmır.

 

- “Qarabağ”la oyunda “İnter” daha istəkli idi. Bu gün isə sanki oyununuz alınmadı. Bunun səbəbi nədi?
- Bizim 24 futrbolçumuz var. Bunlardan üçü qapıçıdı. Qalan 21 futbolçudan 8 nəfəri gəncdi. Biz də məcburuq ki, onları oynadaq. İndi fasilə yaranacaq. Fasilədən sonra isə qrafikimiz sıxdı. Ehtiyat oyunçular skamyamızın zəngin olmaması bizə problem yaradacaq.

 

- Maaşların ayın 10-dək veriləcəyi deyilirdi. Yeni bir xəbər var bu barədə?
- Bəli, elə deyiblər. Martın 10-u maaşlar veriləcək.

Xəbər xətti