Səlahət Ağayev “Qəbələ”yə qarşı oynayacaq?

12:52 - 29 Mart 2017

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Qəbələ”ni qəbul edəcək “İnter” hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, matçdan öncə paytaxt klubunun düşərgsində itkilər var. Belə ki, “sabiq bankirlər”in baş məşqçisi Zaur Svanadze “qırmızı-qaralar”la matçda iki futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Söhbət Səlahət Ağayev və Fuad Bayramovdan gedir.

 

Səlahət zədə səbəbindən vacib qarşılaşmada iştirak etməyəcək. Əldə etdiyimiz məlumata görə, bu ayın əvvəlində millimizin Qətərlə keçirdiyi yoxlama görüşündə xəsarət alan “çərçivə qoruyucusu” zədəsini tam sağaltmayıb.  Fuad Bayramov isə kubokda “sarı” limitini doldurduğu üçün kənarda qalmalı olacaq.

 

Qeyd edək ki, tərəflər arasında qarşılaşma sabah “İnter Arena”da baş tutacaq. Oyun saat 17:00-da start götürəcək.

Xəbər xətti