Azərbaycan Premyer Liqasının XXV turunda baş tutan “Zirə” – “İnter” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib.
- Öncə komandamızı təbrik etmək istəyirəm. Bizim üçün “bürünc” qazanmaq yaxşı nailiyyətdi. Bizi çətin vəziyyətdə tək buraxmadıqları üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Oyuna gəlincə, yaxşı başlasaq da, üstünlüyümüzü qoruya bilmədik. Nəticə qənaətəxşdi, bundan sonra qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
- Artıq “bürünc”ü qazandınız, Avrokuboklara vəsiqə etdiniz. Klubun gələcək taleyi və öz gələcəyiniz haqda dəqiq nəsə deyə bilərsiniz?
- Konkret bir şey deməkdə çətinlik çəkirəm. Amma “İnter” kimi komandada qalıb işləmək olduqca xoş olardı.
- Klubda qış fasiləsindən sonra qeyri-müəyyənlik olsa da, sonda istədiyinizi əldə edə bildiniz. Bunun üçün necə çalışdınız?
- Komandamızda yaxşı futbolçular cəmlənmişdi, oyunlara çıxmaqda problemimiz yox idi. Futbolçularımız meydana çıxdığı zaman digər məsələləri unudurdu. “İnter”in uğurlarında komandamızdan gedən Ağabala Ramazanov və Ruslan Abışovun da rolu var. Onlara da təşəkkür etmək istəyirəm. (Futbol11.az)
saytlarin hazirlanmasi