"İnter"in yeni rəhbəri məlum oldu

15:49 - 27 Aprel 2017

Bakının “İnter” klubunun Müşahidə Şurasının sədri müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında  bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş "İnter"ə Zaur Axundov rəhbərlik edəcək.

 

Azərbaycan Futzal Federasiyasının prezidenti olan Axundov "İnter"in Müşahidə Şurasına sədr təyin olunub. AFFA tərəfindən “İnter”ə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə İcraçı direktor vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, Zaur Axundov həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür.

Xəbər xətti