Bakının "İnter" klubu baş məşqçi Zaur Svanadze ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Müşahidə Şurasının yeni sədri Zaur Axundovun rəhbərliyi ilə bu gün klubdaxili iclas keçirilib. Toplantıda gürcüstanlı mütəxəssisin komandada saxlanılmasına qərar verilib. Svanadze ilə müqavilə daha 1 il uzadılacaq.
Həmçinin, heyətdə təcrübəli futbolçuların müqaviləsini uzatmaq üçün danışıqlar aparılacaq.
Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2 mövsümdür ki, "İnter"in "sükanı arxası"ndadır.
saytlarin hazirlanmasi