"Klub rəhbərliyi ilə görüşümüz oldu. Söz verdilər ki, komandada hər şey yaxşı olacaq".
Sportal.az xəbər verir ki, bu sözlər "İnter"in futbolçusu Mirhüseyn Seyidova məxsusdur. "Sabiq bankirlər"i tərk edəcəyi gündəmdə olan futbolçu açıqlamasında yekun qərar verdiyini deyib:
"Komanda ilə 1 illik müqaviləm var. Böyük ehtimalla gələn mövsümü də "İnter"in heyətində keçirəcəm. Rəhbərlik iclasda da bildirdi ki, komandada hər şey yaxşı olacaq. Biz də işlərin qaydasına düşəcəyinə ümid edirik"
Seyidov az oynamaq şansı qazansa da, durumundan narazı deyil və vəziyyəti düzəldəcəyinə əmindir:
"Artıq ötən mövsüm geridə qaldı. Düzdü, az oynadım. Amma az oynamaq getmək üçün bəhanə olmamalıdır. Gələn mövsüm əvvəlki formama qayıtmağa çalışacam".
Qeyd edək ki, Mirhüseyn Seyidov 2015-ci ildən "İnter"də çıxış edir (Futbol11.az).
saytlarin hazirlanmasi