"İnter" Kamerun klubuna qalib gəldi

00:03 - 11 İyun 2017

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan Bakı "İnter"i  ilk yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Zaur Svanadzenin komandası Kamerunun "Colombe Sportive du Dja et Lobo" klubu ilə qarşılaşıb. Matç "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Rauf Əliyevin zərbə ilə vurduğu top rəqib komandanın müdafiəçisinə dəyərək qapıdan keçib.

Xəbər xətti