Türkiyədə təlim-məşq toplanışında olanda “İnter” FK bu gün ilk yoxlama matçını keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “bankirlər” Bolu Termal Otelin stadionunda Kamerunun “Colombe Sportive du Dja et Lobo” klubunu 1:0 hesabı ilə məğlub edib.
Oyundan sonra “İnter”in baş məşqçisi Zaur Svanadze matç barədə fikirlərini açıqlayıb:
“Hazırlıq prosesi normal keçir. Məşq edirik. Şükür, zədəlimiz yoxdur. Bu gün Kamerun təmsilçisinə qarşı oyun keçirdik. Yaxşı oyun alındı. İki fərqli heyətlə oynadıq. Çox sayda qol vəziyyətlərimiz oldu, lakin bir vəziyyətdən yararlana bildik. Realizasiyalar üzərində çalışmaları davam etdirəcəyik”.
saytlarin hazirlanmasi