3 futbolçu "İnter"ə qoşuldu

00:46 - 13 İyun 2017

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan Bakının "İnter" klubu 1 günlük istirahətdən sonra yenidən məşq prosesinə başlayıb.

 

Sportal.az xəbər verir ki, Zaur Svanadzenin rəhbərlik etdiyi komanda gün ərzində iki dəfə məşq edib. Milli komandalara dəvət almış futbolçular - Səlahət Ağayev, Tərlan Quliyev və Sərtan Taşkın da artıq komandanın düşərgəsindədirlər.

 

Qeyd edək ki, "İnter" iyunun 13-də toplanış çərçivəsində "Zirə" ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.30-da başlayacaq.

Xəbər xətti